Keyn: Bu, Trampı kənarlaşdırmaq üçün idi

Keyn: Bu, Trampı kənarlaşdırmaq üçün idi

Kapitoliyə hücum ölkədə hakimiyyətin sülh yolu ilə keçidinin qarşısını almaq üçün təşkil edilib. Və bu, ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezident seçkilərində iştirakdan kənarlaşdırılması üçün güclü arqumentdir.

AzerTimes xəbər verir ki, bunu Demokratlar Partiyasından olan ABŞ senatoru Tim Keyn deyib.

“Fikrimcə, Kapitoliyə hücum konkret bir anda konkret məqsəd üçün nəzərdə tutulub. Bu, konstitusiyamızda təsbit olunmuş hakimiyyətin dinc yolla keçidinin qarşısını almaq üçün lazım idi”, – Keyn bildirib.

Qeyd edək ki, D.Tramp ABŞ tarixində həbs edilən ilk eks-prezidentdir.

Teqlər: