Keşlə FK komandasına ukraynalı futbolçunu transfer etdi

Keşlə FK komandasına ukraynalı futbolçunu transfer etdi

“Keşlə FK” növbəti transferini gerçəkləşdirib.

Paytaxt klubu ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər komandanın şərəfini qoruyacaq.

Klots karyerası ərzində yalnız Ukraynanın “Karpatı” klubunda çıxış edib. O, 5 il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və 1 qol vurub.