Keşiş donos yazdı: Bu adam müharibəyə qarşı çıxır

Keşiş donos yazdı: Bu adam müharibəyə qarşı çıxır

İrkutsk vilayətindəki kilsələrdən birinin keşişi Sergey Kandbin Ukraynada müharibəyə qarşı çıxan Rusiya Kommunist Partiyasından olan keçmiş deputat Sergey Uqlyanitsadan FTX-yə şikayət edib.

AzerTimes xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb.

Kandbin FTX-yə bildirib ki, Uqlyanitsa onun xütbəsini bəyənməyib:

“Sergey Uqlyanitsa deyib ki, müharibə aqressiv xarakter daşıyır və buna görə Rusiya rəhbərliyi, silahlı qüvvələri günahkardır. Ona etiraz etməyə, onda vətənpərvərlik hisslərini oyatmağa çalışdım, lakin o qeyd etdi ki, bu müharibə Ukraynanın qələbəsi ilə başa çatsa, daha yaxşı olar. O, Ukrayna ordusunun Qırmızı Meydandakı yürüşünün televiziyada nümayiş olunacağı günü səbirsizliklə gözləyir”.

Teqlər: