Keşiş Baqratın ayağı yara oldu, meydanı tərk etdi – Foto

Keşiş Baqratın ayağı yara oldu, meydanı tərk etdi – Foto

Ötən gün İrəvanın Respublika meydanında keçirilən mitinq başa çatdıqdan sonra bir neçə tərəfdarı ilə orada qalacağını bildirən keşiş Baqrat ərazini tərk edib.

AzerTimes xəbər verir ki, bununla bağlı erməni mediası yazıb.

O, ayağının yara olduğu və həkimə müraciət etmək məcburiyyətində qaldığı üçün meydandan getdiyini deyib.

Keşiş Baqrat sübut kimi ayağının fotosunu da paylaşıb və “bir müddətdən sonra” meydana qayıdacağını bildirib.

Teqlər: