Ötən gün “Vətən naminə Tavuş” revanşist hərəkatının lideri Baqrat Qalstanyanla Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Dzoraxburdakı malikanəsində görüşü olub.
AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Görüşdə keşiş Baqrat Sərkisyandan mübarizəsinə dəstək istəyib.
“Qalstanyan hərəkatın gələcək taktikasının nədən ibarət olmasından, xüsusən də hər zaman parlamentdə baş nazirin impiçmentinin tərəfdarı olduğundan, lakin indi küçə təzyiqinin artması yolunu tutduğundan danışıb. Sərkisyan isə bildirib ki, onun rəhbərlik etdiyi Respublika Partiyası hərəkata dəstək verib, respublikaçılardan ibarət ayrı-ayrı qruplar vaxtaşırı Kirantsa gedib-gəliblər. Eks-prezident gələcək hakimiyyət sistemində yer tutmaq fikrində olmadığını da deyib və bildirib ki, əsas odur, ölkə Paşinyanın hakimiyyətindən qurtulsun”, – məlumatda deyilir.
Qeyd edək ki, keşiş Baqratın rəhbərlik etdiyi revanşist hərəkat impiçment prosesinin ilk mərhələsini belə başlada bilmədi, küçə mübarizəsi isə artıq tənəzzülünü yaşayır.