Kəşfiyyat: Rusiya raketlərlə bu vaxt zərbə endirəcək

Kəşfiyyat: Rusiya raketlərlə bu vaxt zərbə endirəcək

Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemini zəiflətmək üçün ölkə ərazisinə kütləvi hücum məqsədilə kamikadze dronlardan istifadə edir. Raketləri isə qışda infrastruktura mümkün hücumlar üçün saxlayır.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, 2023-cü il noyabrın 18-dən noyabrın 19-dək Rusiya 50-yə yaxın “Şahid” PUA-sını əsasən Kiyev istiqamətində havaya buraxıb:

“Rusiya təxminən iki aya yaxındır ki, ağır bombardmançı təyyarələrdən qanadlı raketlərini buraxmaqdan çəkinir. Bu, Rusiyaya həmin silahları ehtiyat üçün toplamağa imkan verir. Rusiya Ukraynanın kritik milli infrastrukturunu məhv etmək cəhdini keçənilki kimi təkrarlayarsa, çox güman ki, bu raketlərdən istifadə edəcək”.

Teqlər: