Kəşfiyyat: Rusiya qvardiyası döyüş qabiliyyətini gücləndirir

Kəşfiyyat: Rusiya qvardiyası döyüş qabiliyyətini gücləndirir

Rusiya qvardiyası öz resurslarını, eləcə də şəxsi heyətini gücləndirir. Özəl hərbi şirkətləri quruma cəlb edir.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi X şəbəkəsində məlumat yayıb.

“Rusiya qvardiyası Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiyanın daxili təhlükəsizliyində baş verən hadisələr nəticəsində resurslarını və şəxsi heyətini gücləndirməyə başlayıb. Belə ki, 3 oktyabr 2023-cü ildə “Vaqner”in bölmələri Rusiya qvardiyasının tərkibinə daxil oldu, 3 yanvar 2024-cü ildə isə “dxr”in “Şərq” batalyonu Rusiya qvardiyasının tərkibinə qatıldı. “Kaskad” qrupunun da Rusiya qvardiyasına cəlb edilməsi planlaşdırılır. 2023-cü ilin iyulunda Dövlət Duması Rusiya qvardiyasına daha ağır silahlardan istifadə etməyə icazə verib. Təcrübəli veteranların da qvardiyaya cəlb edilməsi, eyni zamanda, qurum üçün tanınan yeni imkanlar, ehtimal ki, qvardiyanın döyüş effektivliyinin əhəmiyyətli dərəcədə artmasına hesablanıb”, – məlumatda deyilir.

Teqlər: