Kəşfiyyat işləyir: rus komandir öz şəhərində öldürüldü – Foto

Kəşfiyyat işləyir: rus komandir öz şəhərində öldürüldü – Foto

Dünən Krasnodarda səfərbərlik işləri üzrə idarə rəisinin müavini Stanislav Rjitski güllələnib.

AzerTimes xəbər verir ki, bu haqda BAZA Teleqram kanalı məlumat yayıb.

42 yaşlı Rjitski “Olimp” idman kompleksinin yaxınlığında səhər qaçışı zamanı sinəsindən və kürəyindən güllələnib. O, yerindəcə keçinib. Sui-qəsdi törədənlər isə hadisə yerindən qaçıblar.

Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Stanislav Rjitski ikinci dərəcəli kapitandır. Ukrayna mediası onun ötən ilin iyulunda Vinnitsanın atəşə tutulmasında iştirak edən və Qara dənizdən “Kalibr”i buraxan “Krasnodar” sualtı qayığına komandirlik etdiyini bildirib.

Onu ukraynalı kəşfiyyatçıların “təmizlədiyi” iddia edilir.

Teqlər: