Şəkidə 29 yaşlı şəxsin üzərinə ağac aşaraq ölüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cumakənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Aşağı Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Balacayev işlədiyi evin həyətində ağac kəsərkən üzərinə aşıb. Nəticədə o, aldığı xəsarətlərdən keçinib.
Faktla bağlı araşdırma aparılır.