Kəsdiyi ağac başına düşdü, öldü

Kəsdiyi ağac başına düşdü, öldü

Daşkəsəndə ağac kəsən kişi başına budaq düşməsi nəticəsində ölüb.

AzerTimes xəbər verir ki, hadisə mayın 16-da rayonun Astaf kəndi ərazisində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Səməd Kamandar oğlu Həsənov meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: