Kerosin üçün aksiz vergisi minimuma endirildi

Kerosin üçün aksiz vergisi minimuma endirildi

Azərbaycana idxal edilən kerosinin 1 tonuna 1 manat aksiz vergisi tutulacaq.  

Bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

İndiyədək bu məbləğ 80 manat/ton olub. Bu qərar 90 gün müddətinə qüvvədə olacaq.