Kermadek adaları sahillərində güclü zəlzələ olub

Sakit okeanın cənub hissəsində yerləşən Kermadek adaları sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avstraliya Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, bir neçə 5,4 – 5,6 bal gücündə yeraltı təkanlar Yeni Zelandiyanın Şimal adasından 800 kilometr şimal-şərqdə yerləşən Raul adasının şərqində qeydə alınıb. Zəlzələ ocağı 26 kilometr dəinrlikdə yerləşib.


Sunami təhlükəsi barədə xəbərdarlıq verilməyib.