2023-cü il avqustun 1-dən “İraq Hava Yolları” Kərkük-Bakı-Kərkük marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın İraqdaki müvəqqəti işlər vəkili Nəsir Məmmədov Tvitter hesabında yazıb.
Qeyd olunub ki, növbəti reyslərin Bağdad, Ərbil və Bəsrə şəhərlərindən olacağı gözlənilir.