Sosial şəbəkədə Laçın şəhəri, Zabux və Sus kəndlərinin təhvil verilməsindən danışılır. Halbuki bu 10 noyabr kapitulyasiyası ilə çoxdan həll edilib.
AzerTimes xəbər verir ki, bu fikirləri Qrant-Melik Şahnazaryan deyib.
O, Laçın rayonunun 1 dekabr 2020-ci ildə geri qaytarıldığını, Laçın şəhəri və dəhliz üzərindəki kəndlərin də elə o zaman geri veriləcəyinin bəlli olduğunu vurğulayıb. Qeyd edib ki, əslində Kərki və Qazaxın 7 kəndi də geri qaytarılacaq.
Qrant-Melik Şahnazaryan buna hazırlaşmaq lazım gəldiyini, etirazın isə İrəvana edilməli olduğunu bildirib.