Kərimovanın dondurulmuş aktivləri qaytarılacaq

Kərimovanın dondurulmuş aktivləri qaytarılacaq

Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus Avropa banklarında dondurulmuş aktivlər qaytarılacaq.

AzerTimes oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gülnarə Kərimovanın aktivləri ilə bağlı müqaviləni Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov və İsveçrə prezidenti İqnazio Kassis imzalayıblar”, – məlumatda deyilir.

Konfederasiya dərhal 131 milyon dolları Respublikaya qaytarmağı öhdəsinə götürüb.

Teqlər: