Müğənni Kərim Abbasov 100 min manat ziyana düşüb.
AzerTimes Lent.az-a istinadən xəbər verir ki, bu barədə özü şou proqramda danışıb.
O bildirib ki, restoran biznesi iflasa uğrayıb:
“Restoranı açmağımızla bizi aldatdılar. Üç aya 100 min manat ziyana düşdüm. İndi başqa bir biznes qurmuşam. Yarısını etdim, qalıb yarısı. Bir ilə hazır olacaq”.
Kərim aldığı villadan da danışıb:
“Villa almışam. Badamdar qəsəbəsində, ən bahalı yerdə yerləşir. Niyə şəkil paylaşım ki? Nəzərdən qorxuram”.