Türkiyəli futbolçu Kerem Aktürkoğlu Portuqaliyanın “Benfika” klubuna transfer olunub.
AzerTimes xəbər verir ki, bununla bağlı Portuqaliya klubu sosial media hesabında məlumat paylaşıb.
Bildirilib ki, Aktürkoğlu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Bu transfer “Benfika”ya 11 milyon avroya başa gəlib.
Qeyd edək ki, futbolçu 2021-ci ildə “Erzincanspor”dan “Qalatasaray”a transfer olunub. O, “sarı-qırmızılar”la 179 dəfə meydana çıxıb. Bu oyunlarda 46 qol vurub, 42 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.