Kərəcdə sünni məzhəbli məhbus edam edildi

Kərəcdə sünni məzhəbli məhbus edam edildi

İranın Kərəc şəhərinin Qızılhisar həbsxanasında sünni məzhəbli siyasi məhbus Ənvər Xızri edam edilib.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

O, 14 il əvvəl başqa 3 nəfərlə birgə Əbdülrəhim Tina (Mamusta) adlı din xadimini öldürməkdə günahlandırılmışdı.

Ənvər Xızrı və onun vəkilləri müttəhimə qarşı irəli sürülən ittihamın əsassız olduğunu, onun ölkədə sünnilərə qarşı təzyiqlərə etiraz etdiyinə görə cəzalandırıldığını bildiriblər.

Qeyd edək ki, Ənvər Xızrı ilə birgə həbs edilən Qasım Abestə, Əyyub Kərimi və Davud Abdullahi adlı sünni məzhəbli siyasi məhbuslar ötən il edam ediliblər.

Teqlər: