“Kəpəz”in baş məşqçisi Azər Məmmədov istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, dünən Azərbaycan Premyer Liqasında XII turunda “Qarabağ” klubu “Kəpəz”i 7-1 hesabı ilə darmadağın etmişdi.