Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
AzerTimes xəbər verir ki, açılış oyunu “Liv Bona Dea Arena”da baş tutub.
Turun ilk matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Səfərdə 2:1 hesablı qələbə qazanan “Kəpəz” elitada qalmaq yolunda önəmli addım atıb. Gəncəlilər xallarının sayını 30-a çatdıraraq, doqquzuncu pillədəki mövqelərini qoruyublar. “Araz-Naxçıvan” isə 32 xalla səkkizinci yerdə qalıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də baş tutacaq.