Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir matçı keçirilib.
AzerTimes xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Səbail”i qəbul edib.
Gəncədə keçirilən qarşılaşma “Səbail”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran qonaqlar müvəqqəti olsa da, ikinci pilləyə yüksəlib. “Kəpəz” isə 4 xalla 9-cu sıradadır.
Hazırda isə “Araz Naxçıvan” “Neftçi”ni qəbul edir.
Qeyd edək ki, turun ilk matçında “Zirə” “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib. “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları sentyabrın 17-də baş tutacaq.