“Kəpəz” baş məşqçini istefaya göndərdi

“Kəpəz” baş məşqçini istefaya göndərdi

“Kəpəz” baş məşqçisi Adil Şükürov ilə yolları ayırıb.

AzerTimes xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

“Kəpəz” Adil Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasında geridə qalan 4 oyunun hamısında uduzaraq sonuncu yerdə qərarlaşıb. Adil Şükürov 2023-cü ilin noyabr ayından “Kəpəz”i çalışdırırdı.

Teqlər: