“Kəpəz” klubu 2 futbolçu ilə yollarını ayırıb.
Gəncə təmsilçisinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, müqaviləsi başa çatan Mate Kvirkviya və Adama Niane ilə anlaşma yenilənməyib.
Hər iki legioner komandanı tərk edib.
Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız ötən mövsüm “Kəpəz”də çıxış edib.