Rusiyanın başına Ukrayna kimi yeni bəlanın Ermənistan tərəfindən açılmaması üçün Kreml indidən hərəkətə keçməlidir. Ermənistanda rusyönümlü hakimiyyət yaradılmalıdır. Əks təqdirdə İrəvan da Rusiyanın başına bəla olacaq. Bu prosses kənardan idarə olunur və əsas məqsəd Rusiyanı çökdürməkdir.
AzerTimes xəbər verir ki, bu fikirləri məşhur rusiyalı kinorejisor, ermən əsilli aktyor Tiqran Keosayan bildirib.
“Rusiya düşünməlidir. Deyək ki, Ukraynada müharibə bitdi, sonra necə olacaq? Kreml düşünməlidir ki, Kiyev hakimiyyətində kim oturacaq… Bu taktika bizə yaxın olan, amma siyasətləri 2 və ya daha çox oturacaqda əyləşmək olan (Ermənistan – red.) digər respublikalarda da tətbiq olunmalıdır. Biz orada rusyönümlü siyasətçilərə dəstək olmalıyıq. Rusiyanı çökdürmək ideyası Ukrayna ilə bitməyəcək. Ona görə Kreml hərəkətə keçməlidir”, – deyə o qeyd edib.