Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə, 1963-cü ildə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli və 2001-ci il 11 sentyabr terror aktları ilə bağlı materialları məxfilikdən çıxarmağa hazır olduğunu bildirib.
AzerTimes xəbər verir ki, Tramp bu barədə “Foks Nyus”a müsahibəsində deyib.
Tramp qeyd edib ki, ilk prezidentliyi dövründə Kennedinin qətli ilə bağlı çoxlu sayda sənədi məxfilikdən çıxarmağa nail olub.