Keniyalı atlet Çepngetiç dünya rekordu qırdı

Keniyalı atlet Çepngetiç dünya rekordu qırdı

Keniyalı yüngül atlet Rut Çepngetiç Çikaqo Marafonunun qalibi olub və yeni dünya rekorduna imza atıb.

AzerTimes xəbər verir ki, idmançı məsafəni 2 saat 9 dəqiqə 57 saniyəyə qət edib.

Əvvəlki rekord Efiopiya təmsilçisi Tiqist Assefeyə məxsus idi (2 saat 11 dəqiqə 52 saniyə), o, bu rekorda 2023-cü ildə Berlin Marafonunda imza atmışdı.

Çikaqo Marafonunda ikinci yeri efiopiyalı Sutume Kebede (7 dəqiqə 36 saniyə geridə), üçüncü yeri isə keniyalı İrin Çeptai (+7.56) tutub.

Teqlər: