Keniyada hökumət əleyhinə etirazlar fonunda fövqəladə vəziyyət elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin baş katibi Aden Bare Dualanın “Keniya Gazette” qəzetində dərc olunmuş fərmanında deyilir.
Qeyd edək ki, Keniyada etirazçılar vergilərin artırılmasına etiraz olaraq Nayrobidə parlamentin binasına soxulublar. İlkin məlumata görə, qarşıdurmalar zamanı 10 nəfər ölüb.