Kəngərlidə erkən nikahın qarşısı alındı

Kəngərlidə erkən nikahın qarşısı alındı

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsi və hərtərəfli bərqərar edilməsi, həmçinin uşaqların mənafelərinin qorunması istiqamətində kompleks tədbirlər görülür.

AzerTimes xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fevralın 24-də Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Xatirə Məmməd qızı Məmmədovanın (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsən Hüseyn oğlu Həsənov (ad şərtidir) tərəfindən qaçırılması barədə məlumat əldə edib.

Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Xatirə Məmmədovanın (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülüb, müvafiq ünvana baxış keçirilib, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Xatirə Məmməd qızı Məmmədova (ad şərtidir) ailəsinin yanına qaytarılıb.

Teqlər: