Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkə hesabında yazıb.
“Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq”, – Mişel qeyd edib.