“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin iştirakçıları üçün təlimlər keçirilir (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata
keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı”
layihəsinin iştirakçıları üçün təlimlər keçirilir.

Layihənin icra olunduğu Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala,
Qax, Lənkəran, Astara və Lerik rayonlarından seçilmiş şəxslərə
turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün
biznes planın yazılması, biznesin hüquqi əsasları, kənd turizmi və
brendinq, kənd turizmində sosial medianın rolu, qonaq evlərinin
menecmenti və müştəri məmnuniyyəti kimi mövzularda təlimlər
keçirilir. Təlimlərlə yanaşı, turizm obyekti kimi istifadə olunacaq
ərazidə təmir-bərpa işləri də yekunlaşmaq üzrədir. Növbəti
mərhələdə sahibkarlıq obyektləri lazımi avadanlıqlarla təchiz
ediləcək. Nəticədə kənd turizmi sahəsində 50 yeni sahibkarlıq
obyekti təsis olunacaq.

Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd
qonaq evləri yerli sakinlərin gəlirlərinin artmasına və
məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına
öz töhfəsini verəcəkdir.

Teqlər: