Kəndlərdə poçt problemi həll edilməlidir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Bəzən kəndə gedəndə mobil telefona mesaj gəlir ki, filan ölkəyə xoş gəlmisiniz. Müvafiq qurumlar bu məsələni birdəfəlik həll etməlidir. Bu məsələni dəfələrlə qaldırmışıq.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

M.Qasımlı bildirib ki, kəndlərdə poçt problemi həll edilməlidir. Bu problem aradan qaldırılmalıdır.


O, həmçinin qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinin də fəaliyyəti gücləndirilməlidir. Ölkəmizdə dini xadimlərin hazırlanmasına diqqət artırılmalıdır.

Teqlər: