“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şüvəlanda keçirilib (FOTO)

AFFA-nın və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 11 sentyabr 2021- ci il tarixdə Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə Füzuli, Tərtər, Bərdə və Oğuz rayonunun kəndlərində tədbirlər keçirilmişdir.

Şüvəlan qəsəbəsinin Şimal DRES yaşayış massivində keçirilmiş bugünki tədbirdə Şüvəlan və Binə qəsəbəindən 50 məktəbli uşaq iştirak etmişdir.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Gənclər, İdman İdarəsinin rəisi Vüqar Əliyev və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov və Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış ediblər. Tədbirdə çıxış edənlər kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər.

Bugünki tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Teqlər: