“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şəmkirdə keçirilib (FOTO)

AFFA-nın və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 7 dekabr 2021-ci il tarixdə Şəmkir rayonunda keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Füzuli, Tərtər, Bərdə, Oğuz Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy, Kürdəmir, Səlyan, Göyçay, Beyləqan, Göygöl, Qobustan rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində keçirilmişdir. Şəmkir rayonunun Yuxarı Çaykənd kəndində keçirilmiş tədbirdə 50 məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Milli Məclisin deputatı Sabir Hacıyev, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Təhsil İdarəsinin müdiri Qudrət Əliyev və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Milli Məclisin deputatları Rauf Əliyev, Sabir Hacıyev çıxış ediblər.


Çıxış edənlər qeyd etdilər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Eyni zamanda şıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər. Bugünkü tədbirdə iştirak edən 50 məktəbliyə futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Bu layihə üzrə tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Teqlər: