AFFA-nın və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 7 avqust 2021-ci il tarixdə Oguz rayonunda keçirilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilib.
2021-ci il ərzində qeyd olunan layihə üzrə Fizuli, Tərtər və Bərdə rayonunun kəndlərində tədbirlər keçirilib.
Bu günkü tədbirdə Oğuz rayonun Bucaq kəndindən 50 məktəbli uşaq iştirak etmişdir. Təədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Oguz Rayon Icra Hakimiyytinin başçısı Eyvaz Qurbanov və rayon ictimayətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış ediblər. Tədbirdə çıxış edənlər bölgələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd ediblər.
Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.