“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Gəncənin Kəpəz rayonunda keçirilib (FOTO)

AFFA-nın, Yelo Bank-ın və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 22 sentyabr 2021-ci il tarixdə Gəncə şəhərinin Kəpəz rayonunda keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Fizuli, Tərtər, Bərdə, Oğuz, Xəzər, Cəbrayıl, Ağdaş rayonunun qəsəbə və kəndlərində keçirilmişdir.

Tədbir iştirakçıları tərəfindən 44 gün davam edən Vətən müharibəsi zamanı erməni faşistləri tərəfindən raket atəşlərinə məruz qalan ərazidə, raket atəşləri zamanı həlak olmış dinc sakinlərin xatirələri yad edilmişdir.


Kəpəz rayonunuda, Vətən müharibəsi zamanı erməni faşistləri tərəfindən taket atəşinə məruz qalmış ərazinin yxınlığındakı Qələbə Parkında keçirilmiş bu günkü tədbirdə 100 məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı Sabir Hacıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başşısının müzvini Adil Tağıyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və şəhər ictimayyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Musa Quliyev, Sabir Hacıyev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış ediblər. Tədbirdə çıxış edənlər 27 sentyabır Azərbaycanda Anım Gününün qeyd olunması ilə əlaqədar qeyd etdilər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Eyni zamanda şıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər.

Bugünkü tədbirdə iştirak edən 100 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Teqlər: