AFFA-nın və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 30 oktyabr 2021-ci il tarixdə Beyləqan rayonunda keçirilib.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilib.
2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Fizuli, Tərtər, Bərdə, Oğuz Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy, Kürdəmir, Səlyan, Göyçay rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonundaVətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində keçirilib.
Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində keçirilmiş tədbirdə 50 məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Beyləqan rayonundan Milli Məclisə seçilmiş deputat Şahin İsmayılov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının I müavini Telman Məstanov, Beyləqan Rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Şahin İsmayılov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının I müavini Telman Məstanov çıxış ediblər. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaq. Çıxış edənlər Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərin, 8 noyabr Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifəsi olduşunu vurğulayıblar. Eyni zamanda şıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər. Bu günkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.