Kəndə hücum edib, 80-dən çox şəxsi əsir götürdülər

Kəndə hücum edib, 80-dən çox şəxsi əsir götürdülər

Nigeriyada naməlum silahlı qruplaşma 80-dən çox şəxsi əsir götürüb.

AzerTimes xəbər verir ki, Kvari kəndinə hücum edən qruplaşma üzvləri qarətlər törədib, evləri yandırıblar. Daha sonra uşaqlar və hamilə qadınlar da daxil olmaqla 80 nəfəri meşəyə aparıblar.

Hadisə şahidlərinin sözlərinə görə, kəndə hücum edənlər köçəri heyvandarlardır. Sudan və torpaqdan istifadə ilə bağlı onlarla yerli sakinlər arasında tez-tez toqquşmalar baş verir.

Teqlər: