Kənd təsərrüfatının rəqəmsallaşması iqlim dəyişikliklərinə uyğunlaşmağa kömək edir – Pau Roka Blasko

Kənd təsərrüfatının rəqəmsallaşması təkcə istehsalı artırmağa
deyil, həm də iqlim dəyişikliklərinə uyğunlaşmağa kömək edir.

Trend-in
məlumatına görə, bunu Beynəlxalq Üzümçülük və Şərabçılıq
Təşkilatının baş direktoru Pau Roka Blasko FAO-nun dəstəyi ilə Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının
rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar rəqəmsallaşma
sahəsində öncül texnologiyalardan istifadə edir.

O, həmçinin rəqəmsal texnologiyaların düzgün tətbiqinin
vacibliyini vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: