Kənd təsərrüfatında GPS izləmənin rolu (FOTO)

Taxıl biçinində istifadə olunan texnikaların GPS izlənilməsini bizə etibar edən partnyorlarımız iş əmsallarında yüksəliş müşahidə edirlər.

Kənd təsərrüfatı sahəsində GPS izlənilmə yeni bir mərhələdir.

GPS vasitısi ilə Biçin və digər tapşırıqların icrasında maksimum dəqiqlik müşahidə olunur. Fermer və kənd təsərrüfatınıza nəzarəti GPS vasitəsi ilə daha da mükəmmələşdirmək indi sahibkar üçün daha asan və innovativ həllərlə təklif olunur. Toxum səpini, dərmanlama, təmizlik və digər bu kimi sahə prosedurlarında verilən tapşırığın icrasının bütün sahəni təşkil etməsi çox vacibdir. Bəzi hallarda sahənin böyük olması bir sıra yayınmalara gətirib çıxarır. Məsələn dərmanlanan ərazidə müəyyən olunmuş cərgələrdən yan keçmələrin olması müşahidə olunur. Bu kimi halların daha innovativ həlli kənt təsərrüfatı texnikaların GPS izlənilməsi ilə mümkündür. Sahədə işləyən texnikanın günlük sahə yürüşü hesabatlarında yan keçən cərgələrin müəyyən olunması mümkündür. Bununla da sahibkar bütün prosedur şərtlərinin tam icrasını innovativ və səmərəli yolla həll etmiş olur.

Teqlər: