Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə
edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanında
dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən işğaldan azad edilmiş ərazilərində kənd
təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik
əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı
yerlərinin (uqodiyaların) bir-biri arasında dəyişdirilməsinə
nəzarət və torpaqların kənd təsərrüfatı təyinatlı torpaq
kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı
təyinatlı torpaqların tərkibinə aid edilməsi, habelə örüş, otlaq və
ya biçənək kənd təsərrüfatı yerlərinin əkin və çoxillik əkmələrin
altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsi ilə bağlı
Nazirlər Kabineti qarşısında məsələ qaldırılması da Kənd
Təsərrüfatı Nazirliyinə həvalə edilir.

Teqlər: