Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin
təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan
hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda
dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmana əsasən, “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına,
dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə
yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların
Siyahısı”na aşağıdakı məzmunda bənd əlavə edilib:

“Kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları,
habelə seleksiya nailiyyətləri ilə bağlı “Toxumçuluq haqqında”,
“Çayçılıq haqqında”, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan
Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən
Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş
müvafiq tələblərə riayət olunmasının Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması”.

Teqlər: