Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi azaldıldı

Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidi müəyyənləşib.

AzerTimes xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin sayı 207 ştat vahidi təşkil edirdi.


Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Aparatının işçilərinin say həddi isə artırılaraq 57 ştat vahidi müəyyən edilib. Əvvəl bu say 49 ştat vahidi təşkil edirdi.

Teqlər: