Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb

Xəbər - Samir Əli – Trend:

2021-ci ilin yanvar-noyabr ayları ərzində kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirib ki, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi qiymətlərlə 8612.1 milyon manat təşkil edib ki, bunun da 49,1 faizi heyvandarlıq sahəsinin, 50.9 faizi bitkiçilik payına düşüb.

2021-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı, meşə sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.4 faiz təşkil edib.

Teqlər: