Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində aparıcı rol oynayır və bunun gələcək inkişafı region sakinlərinin iqtisadi imkanlarının artırılmasına kömək edəcək.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Aqro-Turizm investisiya forumunda deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı Azərbaycanın bir çox rayonlarında əsas məşğulluq sahəsi olmaqda davam edir.
P.Mixalko Azərbaycanda şəhər əhalisi ilə kənd əhalisinin gəlirləri arasında fərqi, eləcə də kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı fəaliyyətində mənfəət fərqini vurğulayıb.
“Bu məsələlərin həlli kənd təsərrüfatı və regionların inkişafı üzrə dövlət strategiyasının əsasında dayanır”, – deyə o bildirib.