Kənanidən dünya güclərinə cavab: İcazə istəmirik!

Kənanidən dünya güclərinə cavab: İcazə istəmirik!

İran öz suverenliyini müdafiə etmək üçün heç kimdən icazə istəməyəcək.

AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“İslam Respublikası suverenliyini və milli təhlükəsizliyini qorumaq, regional sabitliyi təşviq etmək və regionda terrorizm və qeyri-sabitliyin əsl mənbəyinə qarşı çəkindirici qüvvə yaratmaq əzmindədir”,- deyə Kənani bildirib.

Onun sözlərinə görə, Avropa üçlüyü (Fransa, Britaniya, Almaniya – red.) İrandan onun suverenliyi və ərazi bütövlüyünü pozan rejimə qarşı cavab tədbirləri görməməsini tələb edir:

“Əgər bu ölkələr həqiqətən də regionda sülh və sabitlik üçün çalışırlarsa, heç bir qeyd-şərtsiz İsrail rejiminin təxribatlarına və münaqişənin qızışdırılmasına qarşı çıxmalı, Qəzza zolağına qarşı müharibəni dərhal dayandırmalı, fələstinlilərin dəhşətli qətillərinə son qoymalıdırlar”

Qeyd edək ki, bazar ertəsi Böyük Britaniya, Almaniya və Fransa birgə bəyanat yayaraq, İran və onun müttəfiqlərini regional gərginliyi daha da artıra bilən hücumlardan çəkinməyə çağırıb. Bəyanata bu gün ABŞ və İtaliya da qoşulub.

Teqlər: