Kənani: Azərbaycanla bu məsələni müzakirə edəcəyik

Kənani: Azərbaycanla bu məsələni müzakirə edəcəyik

Azərbaycan və İran yanvarın 29-da Tehranda terror aktından sonra fəaliyyətini dayandırmış diplomatik missiyasının işinin yaxın vaxtlarda bərpasını müzakirə etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib.

“Azərbaycan rəsmilərinin İrana səfəri ilə bağlı planlar koordinasiya mərhələsindədir, hələ dəqiq tarixi deyə bilmərəm. Bizim gündəliyimizdə Azərbaycan səfirliyinin işinin bərpası və Cənubi Qafqazda baş verən proseslər kimi ciddi məsələlər var”, – Kənani bildirib.

Teqlər: