Kənan MM-in ayağı sındı, çəkilişlər dayandı – Foto

Kənan MM-in ayağı sındı, çəkilişlər dayandı – Foto

Rejissor, ssenarist və aktyor Kənan Mahmudovun ayağı zədələnib.

AzerTimes Olay-a istinadən bildirir ki, buna səbəb sənətçinin idman zalında məşq edərkən ağır çəkili qantelin ayağına düşərək sümüyünü çatlatması olub.

Kənan Mahmudov İnstaqram hesabənda bildirib ki, baş verən hadisəyə görə o, rol aldığı “Günahsız günahkar” serialının çəkilişlərindən 2 həftə uzaq qalacaq:

“İki gün əvvəl idman zalında 35 kiloluq qantel ehtiyatsızlıq səbəbi ilə ayağımın üstünə düşüb. Hadisədən sonra ayağımdakı bu ağrı ilə gəzirəm. Serial setində çalışan uşaqlar söylədilər ki, ayağını həkimə göstər. Ayağımın sümüyündə 3 mm-lik çat var. Əfsuslar olsun ki, 14 gün ayağım bu sarğıya məhkum olub. Serialdaki setə çıxa bilməyəcəyəm. Əlimizdə bölüm sayı az olduğuna görə bir həftə “Günahsız günahkar” serialı ekranda olmayacaq. Amma düşünürəm ki, bir həftə sonra dönüşümüz möhtəşəm olacaq. Xeyirlisi! Dualarınızı əsirgəməyin. Allaha əmanət olun”.

Teqlər: