Kemeronun qalmaqallı çıxışına Rusiya XİN-dən reaksiya

Kemeronun qalmaqallı çıxışına Rusiya XİN-dən reaksiya

Gözümüzün qabağında “sırf ingilis qətli” baş verir, amma bu bəyanatın səbəb olduğu rezonans Londonu geri çəkilməyə və “Röyters”i qurban verməyə məcbur etdi.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniya xarici işlər naziri Devid Kemeronun ölkəsinin silahları ilə Rusiyanı vurmaq hüququna malik olması barədə açıqlamasını şərh edərkən deyib.

Qeyd edək ki, Kemeronun Kiyevə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə Britaniyadan gələn silahlarla zərbələr endirmək hüququnu bəyan etdiyini bildirən “Röyters” daha sonra xəbəri silib.

Agentlik Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri ilə müsahibənin yenidən işlənmiş variantını dərc edəcəyinə söz verib.

Teqlər: