Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus Azərsu ASC məlumat yayıb.
Bildirilib ki, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır. Odur ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.