2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarovun seçicilərlə məhəlli görüşləri keçirilib.
AzerTimes yap.org.az-a istinadən xəbər verir ki, deputatlığa namizəd görüşdən öncə Vətən müharibəsi şəhidi Teymur Zeynalovun yaşadığı Əhmədbəy Ağayev küçəsində şəhidin xatirəsinə ucaldılmış bulağı ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin seçiciləri ilə görüşdə Kamləddin Qafarov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə uğurla davam etdirildiyini və bu siyasətin dövlətimizin və xalqımızın inkişafının, milli təhlükəsizliyimizin əsl qarantı olduğunu söyləyib.
K.Qafarov seçiciləri parlament seçkilərində partiyanın namizədlərinə səs verməyə çağırıb.
Seçicilər çıxışlarında öz fikir və təkliflərini səsləndirib, birgə fikir mübadiləsi aparılıb. Deputatlığa namizəd səsləndirilən bütün fikirlərin diqqətədə saxlanılacağını və həlli istiqamətində konkret addımların atılacağını söyləyib.
Seçicilər Yeni Azərbaycan Partiyasının siyasi kursunu dəstəklədiklərini və seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.